Haitidə zəlzələ qurbanlarının sayı artıb.

Bu barədə "Reuters" ölkənin Mülki Müdafiəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 227 nəfərə çatıb.

Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib/Report.