Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Kahramanmaraşda yanğın söndürən Rusiyaya məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Mia.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb: “Kahramanmaraşdakı yanğına müdaxilə zamanı yaşanan təyyarə qəzasında türk və rus ekipaj üzvlərinin həyatını itirməsindən böyük üzüntü duydum. Millətmizin başı sağ olsun. Rus xalqına da başsağlığı veririk. Qəhrəmanca fədakarlıqları unudulmayacaq!”.