Son məlumata görə, qəzaya uğrayan Rusiyaya məxsus Beryev -200 tipli yanğınsöndürmə təyyarəsidir.
Mia.az xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 5-i rus, 3-ü isə türk olan şəxslər həlak olublar.
Məlumata görə, təyyarə yanğln ocağına suyu boşaltdıqdan sonra düzgün qalxış edə bilməyib. Nəticədə dağa çırpılan təyyarə partlayıb.
***
Türkiyənin yanğına görə Rusiyadan kirəyələdiyi helikopter Kahramanmaraş şəhərində qəzaya uğrayıb.
Mia.az “TRT Haber”ə istinadla xəbər verir ki, helikopter meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb. Helikopterdə olan 7 nəfırin axtarışı davam edir.
Əraziyə axtarış-xilasetmə qrupu cəlb olunub.