Türkiyənin şimal rayonlarında sel fəlakətində ölənlərin sayı 11-ə yüksəlib.

Məlumata görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, sel sularından Kastamonu vilayətində 8 nəfər, 2 nəfər isə sürüşmə zamanı həyatını itirib. Sinopda bir nəfər sel fəlakətinin qurbanı olub.

Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir/APA.