“Türkiyə Əfqanıstana davamlı olaraq dəstək göstərəcək”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "15 iyul"la bağlı keçirilən mitinqdə deyib.

Prezident bildirib ki, Türkiyə Suriya, Liviya və Qarabağda haqqa dəstək olub:

"Sabah Əfqanıstandakı və digər ölkələrdəki qardaşlarımızı da eyni ədalətli münasibətlə dəstəkləyəcəyik. 15 iyul bu cəhdin simvoludur”.