Türkiyədə daha 92 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 6126 nəfərdə koronavirus aşkarlanıb, 7161 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 6169 nəfər koronavirusa yoluxub, 94 nəfər isə ölmüşdü.