NATO Almaniyada "Steadfast Dart 2026" təliminə start verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə təlimdə 2000 əsgər, o cümlədən 66-cı Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının texnikaları ilə qatılacaq.
Məlumata görə, NATO-nun gücünü və müdafiə qabiliyyətini nümayiş etdirmək məqsədiylə keçirilən təlimin şərtiadı "Müttəfiq Cavab Qüvvələri" (ARF) adlandırılıb.
Məlumatda o da deyilir ki, "Steadfast Dart 2026" təlimində 8 üzv ölkədən təxminən 10.000 əsgər qatılacaq.
Firudin Səfərli
MİA.AZ