Türkiyədə daha 112 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 7181 nəfərdə koronavirus aşkarlanıb, 7372  xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 7112 nəfər koronavirusa yoluxub, 129 nəfər isə ölmüşdü.