Türkiyədə daha 129 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 7112 nəfərdə koronavirus aşkarlanıb, 9457 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən ölkədə 6493 nəfər koronavirusa yoluxub, 122 nəfər isə ölmüşdü.