Türkiyədə daha 122 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 6493 nəfərdə koronavirus aşkarlanıb, 9582 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 6933 nəfər koronavirusa yoluxub, 134 nəfər isə ölmüşdü.