Türkiyədə daha 134 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 6933 nəfərdə koronavirus aşkarlanıb, 10763 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 7656 nəfər koronavirusa yoluxub, 137 nəfər isə ölmüşdü.