Türkiyədə daha 164 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 7773 nəfərdə koronavirus aşkarlanıb, 12284 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 8426 nəfər koronavirusa yoluxub, 183 nəfər isə ölmüşdü.