Avropa İttifaqının zirvə görüşündə 27 üzv ölkənin rəhbərləri ölkələrarası səyahətləri sadələşdirəcək koronavirusdan peyvəndləmə sertifikatlarının mümkün qədər tez tətbiqinə tərəfdar çıxıblar.
Mia.az Report-a istinadla xəbər verir ki, zirvə görüşünün bugünkü yekun açıqlamasında bildirilir:
“Aİ Şurası rəqəmli yaşıl sertifikatlarla bağlı Avropa Parlamentilə (1 iyul tarixindən tətbiqini nəzərdə tutan) razılaşmanı alqışlayır və tez müddətdə həyata keçirilməsinə çağırır”.