ABŞ Qəzzadan atılan raketlərə qarşı İsrailin özünümüdafiə hüququnu tam dəstəkləyir.
TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Bayden administrasiyası İsrail və HƏMAS arasında əldə edilmiş atəşkəs razılaşmasına riayət olunmasını da dəstəkləyir/APA.