Türkiyədə daha 233 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 11553 nəfərdə koronavirus aşkarlanıb, 9271 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən ölkədə 11937 nəfər koronavirusa yoluxub, 203 nəfər isə ölmüşdü.