BMT Təhlükəsizlik Şurası Fələstin və İsrail arasında mövcud olan qarşıdurmanın kəskinləşməsinə dair son iki həftə ərzində keçirdiyi dördüncü iclasda vahid mövqe sərgiləyə bilməyib.

Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasına may ayında sədrlik edən Çjan Tszun özünün tvitter səhifəsində yazıb.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur isə bildirib ki, BMT Təhlükəsizlik Şurasının ortaq mövqe nümayiş etdirməməsi utancvericidir.

Xatırladaq ki, ABŞ İsrailə qarşı qınaq qətnaməsinin qəbuluna veto qoyub.

Mia.az