Türkiyədə daha 203 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 11937 nəfərdə koronavirus aşkarlanıb, 10125 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən ölkədə 10174 nəfər koronavirusa yoluxub, 223 nəfər isə ölmüşdü.