2022-ci dünya çempionatının Afrika zonası üzrə iyunda keçirilməsi planlaşdırılan seçmə mərhələ oyunları təxirə salınıb.
FIFA-nın rəsmi saytı xəbər verir ki, səbəb kimi koronavirus pandemiyasının yaratdığı çətinliklər göstərilib.
Oyunların sentyabr - noyabrda, həmçinin 2022-ci il martında təşkili nəzərdə tutulub/Report.