"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.
Report-un məlumatına görə, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.
Sağ bud nahiyyəsindən zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib.