Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb.

Bu barədə sənəd Rusiya hökumətinin uyğun informasiya saytında yayılıb.

“Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları 2021-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində və federal təhlükəsizlik xidmətində hərbi təlim keçməyə çağırılır”, - sərəncamda bildirilib.

Sərəncam aprelin 26-dan qüvvəyə minir.