Türkiyədə daha 211 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 49584 nəfərdə isə koronavirus aşkarlanıb, 28498 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 42551 nəfərdə koronavirus yoluxub, 193 nəfər vəfat edib, 25627 xəstə isə sağalıb.