Türkiyədə daha 276 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 54740 nəfərdə isə koronavirus aşkarlanıb, 35503 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 49584 nəfərdə koronavirus yoluxub, 211 nəfər vəfat edib, 28498 xəstə isə sağalıb.