Türkiyədə daha 65 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 15082 nəfərdə isə koronavirus aşkarlanıb, 15287 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 14941 nəfərdə koronavirus yoluxub, 66 nəfər vəfat edib, 11180 xəstə isə sağalıb.