Türkiyədə daha 66 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 14941 nəfərdə isə koronavirus aşkarlanıb, 11180 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 14046 nəfərdə koronavirus yoluxub, 63 nəfər vəfat edib, 9231 xəstə isə sağalıb.