Rusiyanın Krasnoyarsk şəhərində 91 məktəbli qidadan zəhərlənib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məktəblilərdə ilkin psevdotuberkulyoz diaqnozlu iyersinioz infeksiyası aşkar olunub.

7-14 yaş arası uşaqların zəhərlənməsinə salatın səbəb olduğu güman edilir.

Hazırda 56 məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır/APA.