Cənubi Afrika Respublikası (CAR) Hindistan Serum İnstitutundan aldığı 1 milyon doza peyvəndi geri qaytarır.

"Guardian”ın verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd fevralın əvvəllərində CAR-a göndərilib. 

Ötən həftə CAR-ın səhiyyə naziri ölkədə yayılan 501Y.V2 koronavirus variantının yüngül və orta dərəcəsinə qarşı peyvəndin minimal effektivlik göstərdiyini bildirib.

Nazir qeyd edib ki, onun ölkəsi “AstraZeneca” ilə peyvəndlənməni dayandırır/APA.