Gürcüstan müxalifəti fevralın 25-də dinc aksiyalar keçirməyi planlaşdırır.
Bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nümayişlər Tbilisi və Batumidə təşkil olunacaq.
Müxalifətçi deyib ki, fevralın 25-də Gürcüstanda sovet hakimiyyətinin qurulduğu tarixdən 100 il ötəcək və aksiyalarda buna etiraz ifadə olunacaq.
N.Meliya analoji aksiyaların martın 31-də də keçiriləcəyini qeyd edib/Report.