Türkiyənin Daxili işlər naziri Süleyman Soylu PKK tərəfindən qaçırılaraq İraqın Qara bölgəsində şəhid edilən 13 türklə bağlı sərt bəyanat verib.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, nazir açıqlamasında PKK lideri Murad Karayılanı min hissəyə böləcəklərini bəyan edib:  "6 il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda girov saxlanılan 13 övladımız alçaqca şəhid edilib. Bunun üzərinə hələ də PKK-nı "təmizləməyə" çalışan, PKK ilə eyni açıqlamanı verməkdən utanmayan şərəfsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin hesabı soruldu, sorulacaq. Murad Karayılanı tutub min parçaya bölməzsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün".