Rusiyada son bir gündə daha 17 648 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 868 087 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 437 nəfər artaraq 72 619-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 318 173 nəfər sağalıb./Report