Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok özünü təcrid edib.
Bu barədə o, "Twitter"də yayımladığı videomüraciətdə bildirib.
M. Hankok səhiyyə xidmətinin COVID-19 mobil aplikasiyası vasitəsilə xəbərdarlıq aldığını deyib.
Nazirin sözlərinə görə, analizinin nəticəsi müsbət çıxan şəxslə təmasda olduğuna görə bu həftənin sonunadək özünü təcrid edəcək və evdən işləyəcək/APA.