Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirusa yoluxub. 

Bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb. 

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 164 051 nəfərə çatıb.

Son sutka ərzində 1243 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 83 203 nəfərə çatıb/APA.