“Əgər istəsəydik, S-400-lərin ikinci komplekti bu gün gələrdi”.
“CNN Türk” xəbər verir ki, bunu Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir açıqlayıb.
“Ancaq bizə birgə istehsal və texnologiyaların ötürülməsi vacibdir”, - o, vurğulayıb.
Onun sözlərinə görə, əldə olunmuş S-400 sistemi fəaliyyətə hazırdır və ehtiyac yaranarsa, istifadə olunacaq/Report.