İran İnqilab Keşikçiləri Qvardiyası Körfəz sahilindəki yeraltı strateji raket bazasının fotosunu yayıb.

Bazanın fotosu Qvardiyaya məxsus “Sepah News” saytı paylaşıb.

Bu hərbi birləşmənin komandanı general-mayor Hüseyn Salami bazanın açılış mərasimində deyib: “Məqsədimiz ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir”.

Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edib/Report.