Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens prezident Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin tərəfdarı deyil.
“The New York Times” xəbər verir ki, o, vitse-prezident kimi Trampın əvəzinə dövlət başçısı vəzifəsini yerinə yetirməyi tələb edən konqresmenlərlə razılaşmır.
Xatırladaq ki, demokaratlar Pensi qeyd edilən düzəlişdən yararlanaraq Trampı dərhal postundan uzaqlaşdırmağa çağııblar.