“Cozef Bayden seçkilərin qalibidir. Onunla Birləşmiş Ştatların növbəti prezidenti kimi işləyəcəyim anı səbirsizliklə gözləyirəm”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen söyləyib.

O, paytaxt Vaşinqtondakı hadisələrdən sonra belə ABŞ-dakı demokratiyanın gücünə inandığını vurğulayıb: “Əsası hakimiyyətin dinc yolla ötürülməsi olan ABŞ-ın qurumları və institutlarına inanıram”/Report.