Rusiya Federasiyasnın Prezidenti Vladimir Putin yaxın perspektivdə özünün peyvənd edilməsindən danışacaq.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

"O, məhz özü (danışacaq-red) və dedi ki, bunu mütləq özü edəcək. Dedi ki, peyvənd ediləcək, o, belə qərar qəbul edib və bütün rəsmi prosesin tamamlanmasını gözləyirdi", - Peskov telekanalın efirində bildirib/Report.