Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.

İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.

24 milyon avro məbləğində yeni qrant İttifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir/Report.