Fransanın Püi-de-Dom departamentində (rayon) 3 jandarm öldürülüb, 1-i yaralanıb.

Bu barədə Fransa prokurorluğundan bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın damında gizlənən qadını xilas etmək üçün hadisə yerinə gedib. Orada 48 yaşlı kişi onlara silahlı hücum edib. Bundan sonra həmin kişi binanı yandırıb/Report.

Hadisənin səbəbi araşdırılır.