Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.
“Cumhuriyet” qəzeti xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.
Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.
Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.
Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib
***
Ankarada Prezident Administrasiyasında keçirilən “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirdə çıxış edərkən halı pisləşən Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətinin yaxşı olduğu açıqlanıb.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Tibbi yardımdan sonra tədbirdə kürsüyə qalxaraq çıxışını davam etdirən F.Oktay özünü yaxşı hiss etdiyini bildirib: “Həkimlərin dediyinə görə, yuxusuzluq və yorğunluq ilə bağlı kiçik narahatlıq olub. Anlayışınız üçün təşəkkür edirəm”/Report