“Müstəqil Dövlətlər Birliyinin mövcudluğu ərzində postsovet məkanında siyasi mühiti zəhərləyən münaqişə ocağı söndürülüb”.
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasındabildirib.
O, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair imzalanan bəyanatı “tarixi razılaşma” adlandırıb: “Bu, regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək”/Report
Qazaxıstan prezidenti Qarabağ üzrə bəyanatı yaranmış vəziyyət uyğun olaraq “yeganə doğru qərar” adlandırıb.