Gürcüstanda cinayət halları illik müqayisədə 10% azalıb.
Bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri illik hesabatı təqdim edərkən bildirib.
Nazirin sözlərinə görə, müəyyən cinayət əməlləri ilə bağlı artım qeydə alınıb: “Kibercinayətkarlıq 24%, ailə zorakılığı faktları 8,5%, qətl halları isə 11% artıb”.
V.Qomelauri qeyd edib ki, kriminogen vəziyyətə təsir edən əsas cinayətkarlıq kateqoriyaları olan soyğunçuluq 42%, zorakılıq 34%, oğurluq əməlləri 25%, mənzillərdən qarət halları 22%, adam öldürmə cəhdləri isə 5% azalıb./Report