Avropa İttifaqı koronavirusa qarşı peyvənd işlərinə dekabrın 27-dən başlayacaq.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tvitter səhifəsindən bildirib:
“Bu, Avropa üçün ən mühüm məqamdır. Dekabrın 27-si, 28-si, 29-u bütün Aİ-də peyvəndləmə başlayır. Vətəndaşlarımızı birgə qoruyacağıq”.