Nyu-Yorkda naməlum şəxs kilsə yığıncağında xorun çıxışının sonunda atəş açıb.
Bu barədə şəhər polisi idarəsinin mətbuat xidməti bildirib.
"Şəxs atəş açdı, polis reaksiya verdi. Həmin şəxs güllələnib, o ölüb”, - polisin mətbuat xidmətində qeyd ediblər.
Ərazidə çoxlu odlu silah aşkarlanıb. “Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir", - polisin mətbuat xidmətində bildiriblər.
Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur./Report