Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı İraqın Qara bölgəsində birgə əməliyyat keçiriblər.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koordinasiyalı şəkildə keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu məhv edilib: “Terror ilə mübarizəmiz aktiv və qətiyyətli şəkildə davam edəcək”.