Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Müdafiə Nazirliyinə gedən avtomobil yolunu bağlayıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, onlarla aksiyaçı “Nikol - satqın!” şüarını söyləyərək Yerevanın Moldovakan və Totoven küçələrinin kəsişməsində hərəkətin qarşısını alıb/Report.