Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra ölkələrə təyin olunan səfirlərin adlarını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Murat Mercan Türkiyənin ABŞ-dakı, Mehmet Güllüoğlu Tanzaniyadakı, Türkiyə XİN-in sözçüsü Hami Aksoy Serbiyadakı, Cihad Erginay Əfqanıstandakı, Ahmet Başar Şen Almaniyadakı, Hatun Demirer isə  ATƏT-dəki daimi nümayəndəsi təyin ediliblər.

Onu da qeyd edək ki, Ahmet Demirok isə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsinə təyinat alıb.