Erməni apostol kilsəsinin Şirak yeparxiyasının baş keşişi Mikael Ajapahyan ölkənin baş naziri Nikol Paşinyanın iştirak etdiyi dua mərasimində xidmətdən imtina edib.
Bu barədə “Sputnik Armenia” xəbər yayıb.
"Onun (Paşinyan-red) iştirakı mənim üçün arzuolunmazdır, xoşagəlməzdir, buna görə də onun iştirakı səbəbindən dua mərasiminə xidmət etmədim. Bu, hər ruhaninin hüququdur. Ruhanilərin nümayəndəsi hardasa arzu etmədiyi şəxsə görə xidmət etməyə məcbur deyil", - baş keşiş bildirib.
O, anım mərasiminin yenə də baş tutduğunu, mərasimdə "baş nazirin iştirakını bəyənməyən" bir keşiş tərəfindən xidmət edildiyini əlavə edib.
Nikol Paşinyan 1988-ci ilin 7 dekabrında baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü ilə əlaqədar bu gün Gümrünün təbii fəlakətdən zərər çəkmiş şəhərlərinə gedib/Report.