Almaniyanın paytaxtı Berlində avtomobil hökumətin yerləşdiyi binaya çarpılıb.
Məlumatı “Reuters” yayıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası cəlb edilib.
Bildirilib ki, Almaniya kansleri Angela Merkel noyabrın 25-də həmin binada koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı video-konfrans keçirməyi planlaşdırmışdı.
Polis hadisə ilə bağlı araşdırma aparır./Report