Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib.

O, bu barədə “Facebook” səhifəsində yazıb.

Sabiq aparat rəhbəri 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrıldığını bildirib.

Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb/Report.