Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Rodina Partiyasının rəhbəri Artur Vanetsyan növbəti dəfə bu gün saat 16:00-da Respublika Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Bu barədə Rodina Partiyasının üzvü Babken Harutyunyan "Facebook" səhifəsində yazıb.
“Nədənsə Vanetsyan mitinq ərəfəsində müxtəlif hüquq-mühafizə orqanları tərəfindən dəvət olunur, lakin əslində yalnız bir məqsəd var - mitinqdəki iştirakının və çıxışının qarşısını almaq. Hər halda, Nikol bir xaindir və o, gedəcək".
Son günlərdə Vanetsyan bir neçə dəfə hüquq-mühafizə orqanlarına dəvət edilib və valideynlərinin evində axtarış aparılıb.
Xatırladaq ki, bu gün saat 18: 00-da İrəvanın Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək.